14.06.2021

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi

Bu gün Beyləqan Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərində "Son Zəng" tədbirləri keçirildi.

Beyləqan rayon Ə.Şirinov adına Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində təhsil nazirinin müavini İdris İsayev, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin əsgərov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev pandemiya dövründə tədrisin təşkilindən, təhsilə olan dövlət qayğısından danışıb. 2020-2021-ci tədris ilinin yadda qalan məqamlarını diqqətə çatdıran İdris İsayev çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov çıxış edərək rayon üzrə təhsilin inkişafına dair ümumi məlumat verib, məzunları təbrik edib. 

Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.