25.05.2021

"Məişət zorakılığı və şiddət" mövzusunda tədbir 

Beyləqan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssislərinin direktor, direktor müavinləri, psixoloqlar və şagirdlərin iştirakı ilə Təhsil Nazirliyinin F-560 nömrəli 23.12.2020-ci il tarixli əmrilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 -2023 -cü illər üçün milli fəaliyyət planı”nın icrası ilə əlaqədar "Məişət zorakılığı və şiddət" mövzusunda mövcud pandemiya qaydalarına uyğun olaraq tədbirlər təşkil olunub.                Ümumi təhsil müəssisələrində təhsilalanlarla iş sisteminin təkmilləşdirilməsi, əlverişli təlim və inkişaf mühitinin formalaşması, sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil  şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyət təhlil edilib və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işləri aparılıb. Şagirdlər tədbirin mövzusu ilə bağlı psixoloqlar tərəfindən müfəssəl şəkildə məlumatlandırılaraq onları maraqlandıran suallar cavablandırılmışdır.


Açar sözlər: ,  ,  ,