21.05.2021

PIRLS 2021 tədqiqatı mərhələli şəkildə davam etdirilir

            Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinin mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq mərhələli şəkildə təşkili planlaşdırılıb. 

            Ölkə üzrə 52 bölgədən 200 məktəbdə keçirilməsi nəzərdə tutulan qiymətləndirmə tədqiqatı ilk növbədə 49 bölgə üzrə 115 məktəbdə həyata keçirilib. 17 may 2021-ci il tarixindən etibarən isə  Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrində tədrisin qismən əyani formada təşkil olunması səbəbindən müvafiq bölgələrdə qiymətləndirmə tədqiqatı 20 may-11 iyun tarixlərində baş tutacaq. Bu mərhələdə 95 məktəb üzrə 134 sinif və təxminən 3600 şagirdin iştirakı nəzərdə tutulub. İştirakçı siniflərdən 94-ü Azərbaycan, 40-ı isə rus bölməsidir.

            Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.

 


Açar sözlər: ,  ,