13.03.2021

"Nizami Gəncəvi ili"nə həsr olunmuş tədbirlər

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan elan edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti  cənab İlham Əliyev 05 yanvar 2021-ci il tarixdə sərəncam imzalamışdır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidentinin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası təhsil Nazirliyinin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Beyləqan Rayon Təhsil Şöbəsinin, Metodiki kabinetin və Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrin rəhbər, müəllim və şagirdlərin iştirakı ilə silsilə tədbirlərin həyata keçirilməsinə start verilmişdir.

03.03.2021-ci il tarixində Beyləqan Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə "Nizami Gəncəvi ili"nə həsr olunmuş onlayn seminar-müşavirə keçirilmişdir. Metodiki kabinetin direktoru Həsən Məmmədovun iştirakı ilə keçirilən seminar-müşavirədə 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə Azərbaycan Respublikası Təhsil nazirinin 10 sentyabr 2020-ci il tarixli, F-420 nömrəli əmrində olan bir sıra müddəalar təhlil olunmuş, görüləcək işlər barəsində metodiki göstəriş və təkliflər verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən məktəblilər arasında 2021-ci ilin 10 fevral-10 mart tarixlərini əhatə edən "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa və rəsm müsabiqəsi üzrə müəllimlərə aydın şərhlər verilmişdir. Seminar-müşavirəyə Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov da qatılmış, sonda iştirakçılara gələcək fəaliyyətlərində hansı məqamlara üstünlük verilməsi barədə fikirlərini bildirmişdir.

Şərqin dahi mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılıq irsinin yetişən gənc nəslə çatdırılması, tanıdılması və öyrənilməsi sahəsində Beyləqan rayon ümumtəhsil məktəblərinin direktor, müəllim və şagirdlərinnin iştirakı ilə müxtəlif formatlarda, bədii yaradcılıq gecələrinin keçirilməsi, onlayn rəsm sərgilərinin təşkil edilməsi, sosial şəbəkələrdə vidioroliklərin hazırlanması və.s üsullarlardan istifadə etməklə geniş tədbirlər təşkil olunur.