25.02.2021

Məktəblilər 21 fevral Beynəlxalq Ana Dili Gününü qeyd edib. 

Beyləqan rayon Təhsil Şöbəsinin tabeliyindəki bütün ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədirlər təşkil olunub şagirdlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə məlumatlandırılıb, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaq müqəddəs bir amal kimi qeyd olunub. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inklişaf etdirən ən mühüm, ən güclü bir vasitədir. Hər bir insan öz ana dilini bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi amillərinin zənginləşməsində, dünyagörüşünün genişlənməsində öz soydaşları ilə ünsiyyət qurmaqda mühüm rol oynayır. 2002–ci il sentyabrın 30-da Azərbaycan Respublikasında dövlət dili kimi işlədilməsi, onun qorunması istiqamətində daha bir addım atılmışdır. Bu sənəd ümummilli lider H.Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənəni Ölkəmizin Prezidenti İ.Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğısının təzahürüdür. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Ana dilimizi qorumq və inkişaf etdirmək hər bir Azərbaycanlının müqəddəs borcudur.


Açar sözlər: ,  ,  ,