09.02.2021

Yol hərəkəti qaydalarina riayət edək 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2020-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dözlət Proqramı”nın həəyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Yol hərəkətinin  təhliükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təkili ilə bağlı Təhsil Nazirliyinin F-344 nömrəli 13.07.2020-ci il tarixli əmrinin həyata keçirilməsi ilə əlaqədar olaraq Beyləqan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən metodiki kabinetin və rayonun N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta, F.Hacıyev adına şəhər 2 nömrəli tam orta, Akademik M.Mehdizadə adına şəhər 3 nömrəli tam orta, R.Abbasov adına şəhər 4 nömrəli tam orta, Sarısu qəsəbə tam orta məktəblərinin direktor müəlim və şagirdlərin iştirakı ilə sanitar gigiyenik qaydalar gözlənilməklə “Yol hərəkəti qaydalarina riayət edək” mövzusunda 2020-ci ilin dekabr ayı ərzində tədbirlər keçirilmişdir. Yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı ərazilərinin, təhlükəli keçidlərin, qovşaqların yaxınlığında yerləşən təhsil müəssisələrində keçirilən görüşlərdə təşkilatçı İ.Səfərova, həyat bilgisi müəllimi N.Quliyeva, sinif rəhbəri A.Bağırova, tarix müəllimi İ.Məmmədova, biologiya müəllimi Ş.İbrahimova və fizika müəllimi N.Qurbanova təhlükələrdən uzaq olmaq üçün yol hərəkəti qaydalarına riayət edilməli olduğunun vacibliyini tədbirdə iştirak edən şagirdlərin diqqətinə çatdırdılar.


Açar sözlər: ,  ,