01.02.2021

"Məktəblərdə risk qrupuna daxil olan təhsil alanları necə müəyyən etməli?"

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2019-cu il tarixli F-260 nömrəli əmri ilə təsdiq edilmiş  “Ümumtəhsil  müəssisələrində əlverişli  təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Rayon Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində tədbirlər planının strateji hədəfinə uyğun olaraq risk qrupuna daxil olan təhsil alanlar və onların valideynləri ilə Pandemiya şəraitinin tələblərinə uyğun olaraq müvafiq qaydalara ciddi riayət  etməklə  görüşlər təşkil edilmişdir.