12.12.2018

Ulu Öndərin xatirəsi yad edilib

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının on beşinci ildönümü münasbətilə anım mərasimi keçirilib.

Beyləqan rayon ümumtəhsil məktəblərində Ulu Öndərin xatirəsi yad edilib. Müəllimlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə şagirdlərə məlumat verib. Şagirdlər anım mərasiminə həsr olunmuş şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,  ,