06.12.2018

Oleq Krapivinin şərəfinə Respublika turniri keçirilib

Sentyabr ayında Şamaxı şəhərində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeninetmələr arasında sərbəst güləş üzrə  VI Açıq Respublika turniri keçirilib. Bu turnirdə  7 ölkənin 2004-2005-ci il təvəllüdlü yeninetmələri iştirak edib. 

Respublika güləşçiləri ilə bərabər Beyləqan rayon UGİŞM-nın güləşçiləri də iştirak edib. Bunların içərisində 52 çəki dərəcəsində Qurbanov Sənan Əli oğlu  I yerə layiq görülüb. Qurbanov Sənan diplom, kubok, pul və medalla  mükafatlandırılıb.