03.12.2018

Məktəbəhazırlıq qruplarında dərs aparan müəllimlərinin təlim kursundan sonrakı qiymətləndirmə imtahanı keçirilib

Dekabrın 1-də Beyləqan rayon F.Hacıyev adına şəhər 2 nömrəli tam orta məktəbində məktəbəhazırlıq qruplarında dərs aparan müəllimlərinin təlim kursundan sonrakı qiymətləndirmə imtahanı keçirilib. İmtahanlarda Beyləqan , Ağcabədi, Füzuli, Ağdam və Laçın rayonlarının müəllimləri iştirak edib.

Beyləqan RTŞ metodiki kabinetinin təşkilatçılığı ilə təşkil olunan imtahanı Təhsil Nazirliyi TİPİİ- nin qiymətləndirmə şöbəsinin əməkdaşları götürüblər.