30.11.2018

Rəqəmsal ödəniş xidmətləri barədə tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyiinin 14.11.2018-ci il tarixli, F-758 nömrəli əmri ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Təhsil Şöbəsi də müvafiq Tədbirlər Planını hazırlamış və bu işin icrasına başlanılıb.

Təhsil Şöbəsinin və  “Kapital Bank”ın Beyləqan rayon filialının  əməkdaşları ilə rayonun Şəhər 2 və Şəhər 3 nömrəli tam orta məktəblərdə müəllim- şagird kollektivləri ilə birlikdə yığıncaq keçirilib. Yığıncaq iştirakçılarına rəqəmsal ödəniş xidmətləri barədə zəruri biliklər verilib. O cümlədən nəğdsiz ödənişlərin edilməsi, müxtəlif ödəniş terminallarından istifadə bacarıqları, ödənişlərdə internet resurslarından səmərəli istifadə haqqında ətraflı şərh verilib, nümunələr təqdim olunub. Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsinə dair tədbirlərin rayonun bütün təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulmub.

 


Açar sözlər: ,  ,  ,  ,