21.11.2018

Təmayül siniflər üzrə maarifləndirmə işləri təşkil edilib

Rayonun 6 tam orta məktəbi və 1 liseyində təhsilin təmayüllər üzrə təşkil olunacağı sinif şagirdləri və onların valideyinləri ilə müvafiq söhbətlər, maarifləndirmə tədbirləri o cümlədən görüşlər təşkil edilib. IX sinif şagirdlərinin fənlər üzrə təlim göstəricilərinə görə təmayül istiqamətinin müəyyənləşdirilməsi üzrə iş aparılıb.

Valideynlər arasında maarifləndirmə işi təşkil edilib.  Azsaylı kontingentə malik məktəblərin IX sinif şagirdlərinin istedadı, meyl və marağı nəzər alınmaqla müəyyən olunmuş digər məktəblərin də təmayül siniflərə cəlbi üçün tədbirlər görülüb. Şagirdlərin meyl və marağı, fənn müəllimlərinin və məktəb psixoloqunun rəyi nəzərə alınmaqla təmayül siniflər ilkin komplektləşdirilib. Təmayül siniflərdə dərs deyəcək peşəkar fənn müəllimləri seçilib. İstedadlı şagirdlərdən ibarət təmayül sinifləri təşkil edilib.


Açar sözlər: ,  ,  ,  ,