19.11.2018

Şagirdlər ağacəkmə kompaniyasında iştirak edib

17 noyabr 2018-ci il tarixdə  Beyləqan rayon ümumtəhsil məktəbləri Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ağacəkmə kompaniyasında iştirak edib.

Bu ağacəkmə kompaniyasında 100.000 ədəd tut və xurma ağaclarının əkilməsi nəzərdə tututlub. Bölgü əsasında bu ağaclardan 1000 ədədi Beyləqan rayon ümumtəhsil məktəblərinin payına düşüb. Bu aksiyada Beyləqan rayon ümumtəhsil məktəbləri fəal iştirak edib.


Açar sözlər: ,  ,  ,