14.11.2018

Beyləqan məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsinə qoşulub

Beyləqan rayon ümumtəhsil məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup 14-17 noyabr 2018-ci il tarixlərdə respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulub.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Beyləqan məktəbliləri səhər saatlarında ölkənin şimal bölgəsinə Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüblər. Onları Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsinin əməkdaşları və valideynlər yola salıblar. Yola salma mərasimi Ümummilli LiderHeydər Əliyevin heykəli qarşısına gül dəstələri qoymaqla başlayıb, sonra isə Ulu Öndərin adını daşıyan Mərkəzdə toplantı keçrilib.


Açar sözlər: ,  ,  ,