09.11.2018

9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Beyləqan rayon ümumtəhsil məktəblərində 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə tədbirlər keçirilib.  

“Bir kərə yüksələn bayraq bir daha enməz!”, "Bayaq kimliyimdir, bayraq mənliyim", “Bayrağımız  qürur  mənbəyimizdir!”, “Qarabağda dalğalan, bayrağım” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,