13.09.2018

Bölmə iclasları keçirilib

Sentyabrın 11-də Beyləqan  rayon təhsil işçilərinin sentyabr konfransının bölmə iclasları keçirilib.

İclaslar 16 bölmə üzrə keçirilib. İclaslarda məktəb direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, uşaq birliyi rəhbərləri və məktəb kitabxanaçılarının iştirakı ilə keçirilən iclaslarda təhsil sahəsi üzrə hüquqi normativ sənədlərdən irəli gələn vəzifələr, yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.

Fənlər üzrə bölmələrdə müəllimlərə fənn programında və dərsliklərdəki dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb. Buraxılış imtahanlarının nəticələri nəzərə alınmaqla fənnin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.