12.09.2018

Beyləqan rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib

Sentyabrın 10 – da Beyləqan rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil İnsitutunun şöbə müdiri  Elxan Bəylərov, Beyləqan  rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva, məktəb direktorları və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Konfransdan öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Konfransı giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova açıb.

Beyləqan  rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova “2017-2018-ci tədris ilinin yekunlarını və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda, 2017-2018-ci tədris ilinin buraxılış imtahanlarının nəticələrini geniş təhlil edib. O, təhlil zamanı 2018-ci ildə 265 məzun respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olduğunu bildirib. Onlardan 25 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Yuxarı Aran kənd tam orta məktəbin məzunu Məhərrəmli Adil Allahverdi oğlu “Ümumi təhsildə keyfiyyət ili ” ndə riyaziyyat fənni üzrə fənn olimpiadalarının respublika mərhələsində III yern qalibi olub və tam orta təhsili Qızıl medalla başa vurub. O, ali məktəblərə qəbul imtahanında 685 bal toplayaraq Ali Neft Məktəbinə qəbul olub. Qəhrəmanlı qəsəbə tam orta məktəbin məzunu Usublu Mürvət isə tam orta təhsili Gümüş medalla başa vurub, 660 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub.

Məruzə ətrafında çıxışlar və arayışlar dinlənilərək təkliflər verilib.

Təhsil Nazirliyinin məsul işçisi Elxan Bəylərov təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik edib, tövsiyyə və metodiki göstərişlərini verib, verilmiş təkliflərə münasibətini bildirib.


Açar sözlər: ,  ,  ,