05.07.2018

Buraxılış imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi iyulun 3-də Beyləqan rayonu ümumi təhsil məktəblərinin buraxılış siniflərində təhsil alan  (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Buraxılış imtahanlarında IX siniflər üzrə 995, XI siniflər üzrə isə 715 nəfər şagird iştirak edib. İmtahanlar 3 mərkəzdə: şəhər 2, 3 saylı və Çəmənli kənd tam orta məktəblərində keçirilib.


Açar sözlər: ,  ,