13.06.2018

Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açdı. Bu qayıdış, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi. Milli Məclisin 1997-ci il iyunun 27-də qəbul etdiyi qanunla 15 İyun Milli Qurtuluş Günü elan edildi. Əlamətdar gün hər il ölkəmizdə geniş şəkildə qeyd edilir.

Bu il də Beyləqan rayonunda bu münasibətlə Heydər Əliyev adına muzeydə tədbir keçirilib. Tədbirdə rayonun İcra Başçısı Vaqif Abdullayev, RTŞ-nin müdiri Xuraman Rüstəmova və rayon ictimaiyyəti iştirak edib. 

Cənab Başçı Vaqif Abdullayev öz çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdləri dəf etdi, tarixi sınaqlardan uğurla çıxdı: “Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamınada qeyd etdiyi kimi, "Azərbaycanının müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.


Açar sözlər: ,  ,