14.06.2018

Son zəng tədbirləri keçrilib

Ölkəmizin bütün ümumtəhsil məktəblərində, o cümlədən Beyləqan rayonunun təhsil müəsissələrində son zəng tədbirləri keçrilib.

Son zəng ərəfəsində duyğulu anlar yaşayan təntənəli mərasimlərin iştirakçıları olan müəllimlər, məzunlar və onların valideynləri bu kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata kökləniblər. Unudulmaz günün hərarətinə toplaşanlar arasından tribunalar önünə keçib çıxış edən mərasim iştirakçıları məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda sinif otaqlarına ilk addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol fərəh arzulayıblar.

Bu gün bəlkə də onların 11 illik məktəb illlərində yeganə gündür ki, bu günü onlar həm sevinclə, həm də kədərlə qarşılayırlar. Bu gün məktəb dövrünün ən son, pik zirvəsidir. Bu pik zirvəni yaşamaq əslinə qalsa çox qürur vericidi. Bu gündən etibarən onlar məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevriləcəklər.

Beyləqan RTŞ-nin müdiri Xuraman Rüstəmova və RTŞ-nin bütün əməkdaşları ümumtəhsil müəsissələrində olub və bu sevincli anları onlarla birgə yaşayıblar.

Arzu edirik ki, məzun adından sonra tələbə adına layiq olsunlar. Bütün məzunları təbrik edir, qüdrətli Vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib, müstəqil həyatda xoşbəxtlik və uğur arzulayırıq.


Açar sözlər: ,  ,  ,