04.05.2018

Təşkilatçı müavinlərin  seminarı keçirilib

Beyləqan Rayon Təhsil Şöbəsi metodiki kabineti rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən təşkilatçı müavinlərə bir günlük təlimatı seminar keçirib.

Seminarın əsas məqsədi Azərbaycan Sərhəd mühavizəsinin 99 –cu ildönümü münasibətilə “Sərhədlərimizin keşiyində” adlı inşa müsabiqəsi haqqında təşkilatçı müavinlərə məlumat vermək idi.

RTŞ-nin metodisti Ləman Abbasova gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, onların dünya görüşünü, sərhəd xidmətinə marağı artırmaq, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nəaliyyətlərin, Sərhəd Xidmətinin cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimayyətə çatdırılması, sərhədlərimizin mühavizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli - mənəvi dəyərlərin, ənənələrin yaşadılması barədə məlumat verib.


Açar sözlər: ,