05.06.2018

"Təşəkkürnamə"lər təqdim olundu

Təhsil Nazirliyinin müvafiq əmri ilə 2015-ci ildən Beynəlxalq Fənn Olimpiadalarına hazırlıq çərçivəsində hər il VI-VII sinif şagirdləri arasında Fənn müsabiqəsi keçirilib. Beyləqan rayonu üzrə də bu iş davam etdirilib. 2016-2017-ci il dərs ilində VI-VII siniflərdə təhsil alan istedadlı şagirdlər arsında 5 fənn üzrə keçirilən III Məktəblilərarası Fənn Müsabiqəsinin respublika mərhələsində rayonun Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbinin şagirdi biologiya fənni üzrə III, Yuxarı Aran kənd tam orta məktəbinin şagirdi fizika fənnindən II yerə layiq bilinib.

Respublika Təhsil İnstitutu qeyd olunan şagirdlərin müəllimləri Türkan Quliyeva (Əlinəzərli kənd 1 nömrəli tam orta) və Zəhra Hüseynovanı (Yuxarı Aran kənd tam orta) "Təşəkkürnamə" ilə təltif edib. 05 iyun 2018-ci il tarixdə "Təşəkkürnamə" -lər Təhhsil Şöbəsində xüsusi təşkil edilən tədbirdə hər iki müəllimə RTŞ-nin müdiri Xuraman Rüstəmova  və metodiki kabinetin müdiri Həsən Məmmədov  tərəfindən təqdim olunub.

Tədbirdə Məktəblilərarası Fənn Müsabiqələrinin keçirilməsi və onun xüsusi əhəmiyyətindən ətraflı danışılıb. Çıxış edənlər bu sahədə gələcəkdə də daha ciddi iş aparılması zərurəti barədə fikirlərini bildirib.