01.06.2018

“Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir

Rayon Uşaq Gənclər İnkişaf Mərkəzi Gənclər Mərkəzində 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə “Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir keçirib. Tədbirdə UGİM-nin Rəqs və Musiqisevərlər dərnəyinin üzvlərinin rəngarəng çıxışları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Z.Məmmədova bir qrup dərnək üzvünə diplom və hədiyyələr təqdim edib.