22.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar futbol turniri keçirilib

22 may 2018-ci il tarixdə Beyləqan rayonu Bahar qəsəbəsində AFFA-nın təşkilatçılığı iə 2006-2007-ci il təvəllüdlü məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar futbol turniri keçirilib.

Turnirdə Bakının Olimpiya liseyinin, Beyləqanın Uşaq Gənclər Şahmat İdman Məktəbinin, Qəhrəmanlı komandaları, Füzuli, Azəryol İmişli, Mil-Muğan İmişli futbol komandaları öz güclərini sınayiblar. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı turnirdə Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov ATİAHİ Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov, “Beyləqan” qəzetinin baş redaktoru Elman İsrafiloğlu, mətbuat işçiləri, Bahar qəsəbə Ərazi İcra nümayəndəsi, bələdiyyə sədri, S.İmrəliyev adına Bahar qəsəbə tam orta məktəbinin direktoru Tamella İmrəliyeva, məktəbin pedaqoji kollektivi, qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə “C” kateqoriyalı hakim, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Xudaverdi Tumasov turnirin hazırlığı barədə raport verib. Sonra Azərbaycanın möhtəşəm Dövlət Himninin sədaları altında futbolçular Azərbaycanın ay-ulduzlu Bayrağını qaldırıblar.  Turnirin açılışın edən Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova qonaqları və futbolçuları Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin adından salamlayıb. Qeyd etdi ki, 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün yüksək səviyyədə keçirilməsilə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyev sərəncam imzalayıb. Bu münasibətlə rayonumuzda da silsilə tədbirləri keçirilir. Belə tədbirlərdən biri də bu gün Bahar qəsəbəsində keçirilir. X.Rüstəmova bir daha futbolçulara uğurlar arzulayıb. 

Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov çıxış edərək futbolçulara nümunəvi oyun nümayiş etdirməklə bərabər komandalara uğurlar arzulayıb.  S.İmrəliyev adına Bahar qəsəbə tam orta məktəbinin tarix müəllimi Nəcibə Tahirova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıb. O, Şərqdə ilk demokratik dövlətin məhz Azərbayca olduğunu diqqətə çatdırıb. AXC-nin tarixindən geniş və əhatəli bəhs edib.  Püşk atmaya görə meydançaya ilk olaraq Bakının Olimpiya liseyinin və Beyləqan UGİŞM-nin futbolçuları çıxıblar. Gərgin keçən yarışda 2:0 hesabı ilə Beyləqan komandası qalib gəlib.  Xatırladaq ki, final görüşləri may ayının 25-də keçiriləcəkdir.

 

 


Açar sözlər: ,  ,  ,  ,