18.05.2018

 Şəhid Ramiz Abbasovun doğum günü qeyd olunub

Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbində torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda şəhid olmuş Ramiz Hüseyn oğlu Abbasovun anadan olmasının 54-cü ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə şəhid Ramiz Abbasovun atası Hüseyn Abbasov, anası-Nina ana, şəhid valideynləri, AYB-nin Beyləqan Bölməsinin, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin bir qrup üzvləri , R.Abbasov adına 4 nömrəli tam orta məktəbin pedaqoji kollektivi, rayon Gənclər və İdman İdarəsinin, Beyləqan rayon Mədəniyyət evinin işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəbin qarşısındakı şəhid Ramiz Abbasovun barefi önünə gül-çiçək dəstləri düzüblər. Sonra tədbir məktəbin geniş foyesində davam etdirilib. Məktəbin müəllimi Tamella Quliyeva tədbiri açıq elan edib. Azərbaycan Respublikasının ay-ulduzlu, üçrəngli bayrağı marş sədaları altında tədbirə gətirilib. Sonra Torpaqlarımızın azadlığı və müdafiəsi uğurunda şəhid olan soydaşlarımızın və şəhid Ramiz Abbasovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Azad Quliyev çıxış edərək dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına göstərdiyi qayğıdan söz açıb. Ramiz Abbasovun keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda qeyd etdi ki, bu gün həm də Laçın rayonunun işğal olduğu gündür. A.Quliyev çıxışının sonunda Ramiz Abbasovun atası- Hüseyn ataya və anası -Nina anaya vətənə belə igid, qəhrəman oğul böyütdükləri üçün onlara dərin minnətdarlığını bildirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sərəncamı liə Ramiz Abbasovun “Azərbaycan bayrağı”ordeninə layiq görülməsini də bildirib və bu yüksək ada Beyləqanda iki nəfərin layiq görülməsini vurğulayıb.

Şəhid Ramiz Abbasovun sinif rəhbəri Elmira Zülfüqarova, Azərbaycan dili müəllimi Xalidə müəlim öz xatirələrini söyləyibər. Tədbirdə Beyləqan şəhər R.Abbasov adına 4 nömrəli tam orta məktəbin şagirdləri, AYB-nin Beyləqan Bölməsinin şairlərinin şəhidlərə və Ramiz Abbasova həsr etdikləri şeirləri söyləyiblər. Şəhid atası Hüseyn Abbasov və Nina ana dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan söz açıblar və tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bidiriblər.


Açar sözlər: ,  ,  ,