17.05.2018

"SƏRHƏD" hərbi-idman oyununun zona mərhələsi keçirilib

Beyləqan rayon I Şahsevən kəndində yerləşən N  saylı hərbi hissədə  "SƏRHƏD" hərbi-idman oyununun zona mərhələsi keçirilib. Zona yarışlarında Füzuli rayonunun "ƏRGÜNƏŞ", Beyləqan rayonunun "ARAZ", İmişli rayonunun "TURAN" komandaları mübarizəyə qoşulub.

Gərgin mübarizə mühitində keçən yarışda Beyləqan rayonunu təmsil edən "ARAZ" komandası qalib olaraq oyunların respublika mərhələsinə vəsiqə qazanıb. Komandamıza uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,