18.05.2018

 Beynəlxalq Narkotiklərlə mübarizə gününə həsr edilmiş tədbir keçirilib

26 iyun- Beynəlxalq Narkotiklərlə mübarizə günüdür.   Beyləqan Rayon Gənclər Mərkəzində narkotiklərlə mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova , ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon Polis Şöbəsinin əməkdaşları, rayon Mərkəzi Xəstəxanasının həkimləri, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.

Tədrirdə RTŞ-nin müdiri Xuraman Rüstəmova çıxış edərək bildirib ki, bütün cəmiyyət, rayonumuzun hüquq mühafizə, təhsil və səhiyyə işçiləri, aidiyyatı qurumların əməkdaşları , xüsusilə valideynlər əlbir fəaliyyət göstərməklə gələcəyimiz olan gənc nəsli narkomaniya bəlasından qorumalıyıq.  

Tədbirin sonunda " Narkomaniyaya yox deyək! " , " Ağ ölümə yox deyək! " adlı rəsm və inşa müsabiqəsi keçirilib. Şagirdlər müxtəlif Diplom və Fəxri fərmanla təltif olunub.


Açar sözlər: ,  ,  ,