03.05.2016

Təhsil naziri ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb.

    Müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) dəyişməsi üzrə 01-12 iyun tarixlərində, müəllimlərin işə qəbulu üzrə 01-17 iyul tarixlərində elektron ərizələr qəbul olunacaq.     Müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsi 01-10 may tarixlərində təşkil olunacaq.

    Vakant yerlər barədə məlumatlar 22 may tarixinə kimi təqdim olunacaq.

    Müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə müqavilələr yeni dərs ilinin başlanması, 15 sentyabr tarixənədək bağlanacaq.

    Müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ ərizə qəbulu, ikinci mərhələdə test imtahanı, üçüncü mərhələdə vakant yerlərin seçilməsi, dördüncü mərhələdə müsahibədir.

    Müsabiqədə hazırda Təhsil Nazirliyini sisteminə daxil olan ümumtəhsil məktəbləri və peşə liseylərində daimi əsaslarla işləyən müəllimlər, müəllimlərin işə qəbulu üzrə müsabiqədə isə ali və orta ixtisas təhsili müəssisələrini pedoqoji ixtisaslar üzrə başa vuran və təhsili haqqında dövlət sənədi almış, hazırda müddətsiz müqavilə ilə işləməyənlər və ya müddətli müqavilə ilə işləyənlər iştirak edə bilərlər.


Açar sözlər: ,