Suliddin Yavər oğlu Əsgərov

25.03.1978-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olub, 1999-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsini  alman dili ixtisası üzrə bakalavr,  2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura şöbəsini "Pedaqoqika nəzəriyyəsi və tarixi" ixtisası uzrə bitirib.

2000-2007-ci illərdə Beyləqan rayon R.Ağamalıyev adına Soltanbud kənd tam orta məktəbində müəllim, 2010-2013-cu illərdə Beyləqan rayon Gənclər və İdman idarəsində baş məsləhətçi, 2013-cü ildən Beyləqan rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır, 2020-cı ilin yanvar ayından  Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 04 nömrəli əmrinə əsasən Beyləqan RTŞ-nin müdirinin vəzifə səlahiyyətlərini icra edir. İkinci dərəcə dövlət qulluqçusudur.

Ailəlidir, 2 övladı var.