26.12.2017

31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə tədbir 

 Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 26 dekabr 2017–ci il tarixdə rayon Gənclər Mərkəzində “Beyləqan gənclərinin maarifləndirilməsi və sosial inkişafı “ictimai birliyi ilə birlikdə 31 Dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə tədbir keçirmişdir.

20.12.2017

8 saylı Ərazi Vergilər İdarəsində məktəblilərin ekskursiyası.

15 dekabr 2017-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində vergi biliklərinin artırılması, maarifləndirmə işlərinin aparılması, vergi orqanı əməkdaşları üçün yaradılmış iş şəraiti, onlar tərəfindən görülən işlər və vergi ödəyicilərinə göstərilən çoxsaylı xidmətlər ilə tanış olmaq üçün ekskursiyalar təşkil edilmişdir.

19.12.2017

Açıq dərs

19 dekabr 2017-ci il tarixində Beyləqan rayon II Şahsevən kənd tam orta məktəbinin tarix müəllimi Sərhad Əliyevin " Oğuz-Səlcuq axınları " adlı açıq dərsi keçirilmişdir.

Ətraflı
18.12.2017

Yeni il şənliyi.

Beyləqan rayon Uşaq –Gənclər İnkişaf Mərkəzinin “Günay” və “Ulduzlar” rəqs qrupları 18 dekabr 2017-ci il tarixdə Xocavənd rayon Tuğ kənd 1saylı tam orta məktəbində qarşıdan gələn “31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü” və yeni təqvim ili münasibətilə keçirilən tədbirdə çıxış etdilər.

16.12.2017

 IX siniflərdə keçirilən sınaq imtahanının nəticələri müzakirə olundu.

 Beyləqan rayon ümumtəhsil məktəblərinin IX siniflərində Azərbaycan dili –ədəbiyyat və riyaziyyat fənlərini tədris edən ixtisas müəllimlərinin 16 dekabr 2017-ci il tarixdə yığıncağı keçirilmişdir.

15.12.2017

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir

Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi dekabrın 15-də rayon Gənclər və idman İdarəsi, rayon Polis şöbəsi və DİN-nin əməkdaşlarının iştirakı ilə rayon Texniki Peşə məktəbində keçirilən “Narkomaniyaya yox deyək” adlı tədbirdə “Narkomaniya - ağ ölüm” adlı rəsm sərgisi ilə çıxış etdi.

15.12.2017

Rəsm müsabiqəsi

" Fövqəladə Hallar uşaqların gözü ilə" rəsm müsabiqəsi keçirilmişdir.

13.12.2017

Fövqəladə hallarla bağlı davranış qaydaları.

12 dekabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-nin yerli qurumlarının əməkdaşları ilə birlikdə Beyləqan rayonu A. Budaqov adına Qaradağlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

12.12.2017

Təhsil müəssisələrində anım tədbirləri

Beyləqan rayon ümumi təhsil müəssisələrində ulu öndər  Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub.

12.12.2017

Ulu Öndər Heydər Əliyevin  anım gününə həsr edilmiş tədbir

12 dekabr 2017-ci il tarixində Beyləqan rayonu  Təbiət və humanitar fənlər təmayüllü  liseyində Ulu Öndər Heydər Əliyevin  anım gününə həsr edilmiş tədbir keçrilmişdi.

11.12.2017

 Tarix müəllimlərinin seminarı

Rayonun  ümumtəhsil məktəblərində çalışan tarix müəllimlərinin seminar yığıncağı keçirildi

11.12.2017

12 Dekabr –böyük şəxsiyyət Heydər Əliyevin anım günüdür!

Rayonun bütün təhsil müəssisələrində anım günü qeyd olunub .

08.12.2017

Açıq dərs.

08 dekabr 2017-ci il tarixində Beyləqan rayon Akademik Mehdi Mehdizadə adına şəhər 3 nömrəli tam orta məktəbində Gunay İsgəndərovanın VI A sinifdə tarix fənnindən " Finikiya " mövzusunda açıq dərsi təşkil olunmuşdur.

08.12.2017

 Ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

  8 dekabr 2017-ci il tarixdə Beyləqan rayonu S.Abbasov adına  Çəmənli kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyevin  vəfatı ilə əlaqədar anım mərasimi keçirildi.

08.12.2017

Yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə məqsədi ilə yuxarı  sinif  şagirdləri  üçün “ Açıq qapı ” günləri keçirilir

  Rayonun əksər məktəblərində olduğu kimi , Beyləqan rayon Fərman Hacıyev adına şəhər 2 nömrəli tam orta məktəbində 08 dekabr 2017-ci il tarixində yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə  məqsədi ilə  yuxarı sinif şagirdləri üçün “ Açıq qapı ” günü keçirilmişdir.