16.09.2019

Xalac kənd tam orta məktəbində “Bilik günü” keçirilib

16 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonunda şəhid İbadət Ələşrəfov adına Xalac kənd tam orta məktəbində “Bilik günü” keçirilib. Əsaslı təmirdən sonra məktəbin fəaliyyətə başlaması Bilik gününə təsadüf edib.

Bilik günündə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov, şəhid İbadət Ələşrəfov adına Xalac kənd tam orta məktəbin müəllimləri, şagirdləri, kənd sakinləri, valideynlər, mətbuat işçiləri iştirak edib. Əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçıları,Qarabağ döyüşlərində şəhid olmuş kənd sakinlərinin abidəsi önünə gül-çiçək dəstləri düzərək xatirələrini ehtiramla yad edib.

Məktəbin direkoru Murad Məmmədov tədbiri açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb,çıxış üçün Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevə söz verib.

Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarından, uğurlarından söz açıb. Bu gün də bu uğurların möhtərəm prezident cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilməsini vurğulayıb. Azərbaycan Respublikasının  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I-ci vitse Prizident Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi  diqqət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ölkəmizdə gedən quruculuq, abadlıq işlərinin Beyləqanda da uğurla davam etdirilməsindən bəhs edib, müəllimləri,şagirdləri, valideyinləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib.

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov çıxış edərək məktəbin  pedaqoji kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib.

Xalac kənd icra nümayəndəsi Rafiq Eyvazov, kənd bələdiyyəsinin sədri  Məzahir Nazarov, ikinci qrup Qarabağ əlili  Saleh Şixəliyev, kənd sakini Hacı İlqar çıxış edərək kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə Dövlətimizin başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının  birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,  I vitse Prezident Mehriban Əliyevaya, Təhsil Naziri cənab Ceyhun Babayevə, Beyləqan rayon İcra hakimiyyətinin  başçısı cənab Asif Ağayevə öz minnətdarlıqlarını bildirib.

Sonda məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,  ,