03.07.2019

      2019-2020-ci illərdə müəllimlərin dərs yükünün yeni əsaslarla bölüşdürülməsi ilə  bağlı tədbir keçirilib

       İyul ayının 2-də F.Hacıyev adına Beyləqan şəhər 2 nömrəli tam orta məktəbində 2019-2020-ci illərdə müəllimlərin dərs yükünün yeni əsaslarla bölüşdürülməsi ilə bağlı tədbir keçirilmişdi.Tədbirdə RTŞ –nin müdiri T.Həsənov,Təhsil Nazirliyinin məhsul işçiləri Y.Kəlbəliyeva,Z.Kəlbəliyev,G.Zeynalova,12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin Beyləqan rayon nümayəndəliyi,RTŞ-nin işçiləri,ümümtəhsil məktəblərinin direktor və müavinləri iştirak etmişdi.

     Tədbiri RTŞ-nin müdiri T.Həsənov tədbiri açaraq, iştirakçıları salamladı, 2019-2020-ci illərdə müəllimlərin dərs yükünün yeni əsaslarla bölüşdürülməsi ilə bağlı çıxış etdi.

      Daha sonra Təhsil Nazirliyinin məhsul işçisi Y.Kəlbəliyeva çıxış etdi.Tədbirdə müəllimləri maraqlandıran coxsaylı suallar Y.Kəlbəliyeva tərəfindən ətraflı cavablandırıldı.

      Sonda təhsildə ferqlənən bir qrup müəllim və şagirdlər RTŞ-nin müdiri T.Həsənov tərəfindən Diplomlarla mükafatlandırdı.