07.05.2019

Heydər Əliyevin anadan olmasının 96- cı il dönümünə həsr olunmuş  məktəblilər arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib

    May ayının 4-də N.Allahverdiyev adına Beyləqan şəhər 1 nömrəli tam orta məktəbində Ümummilli lider  Heydər Əliyevin anadan olmasının 96- cı il dönümünə həsr olunmuş  məktəblilər arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib.

    Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov, müdir müavini H.Babayev, metodistlər Anar Ələkbərov, Anar Yaqubov, Rayon Gənclər İdman İdarəsinin rəis müavini Bakir Həsənöv iştirak ediblər. Yarışda  I yerə şəhər 1 nömrəli, II yerə şəhər 3 nömrəli , III yerə  Kəbirli kənd 1 nömrəli tam orta məktəblərinin  komandaları layiq görülüb.

    Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,  ,