25.04.2019

Gənclər Mərkəzində  “Oxu Günü” keçirilib

         Beyləqan rayon Gənclər Mərkəzində 23 aprel 2019-cu il tarixdə  Təhsil Şöbəsinin  təşkilatçılığı ilə “Oxu günü” keçirilib.

        Tədbirdə  RTŞ-nin müdiri Tahir Həsənov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramiz Əliyev , ümumi təhsil müəssisələrinin müəllim  və şagirdləri iştirak edib.

        “Gəlin kitab oxuyaq” devizi ilə keçirilən “Oxu günü”-nün məqsədi  gənclər və məktəblilər  arasında  mütaliə mədəniyyəti və oxu vərdişinin  inkişafı, kitaba marağın  artırılmasına  yönəlib.

        Tədbirdə rayonun müxtəlif  ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatla çıxış edib. Dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, bədii qiraətçilər  şeirlər oxuyub, intellektual yarışlar keçirilib. Sonda Uşaq Gənclər  İnkişaf Mərkəzinin bədii  kollektivinin  iştirakı ilə  ədəbi-musiqilil  proqram  təqdim olunub. Tədbir  çərçivəsində Rayon Mərkəzi Kitabxanası kitablara  aid stendlər və yeni  nəşr olunmuş müxtəlif nəşrlər  nümayiş etdirib.            


Açar sözlər: ,  ,  ,