05.02.2019

Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib

     03 fevral 2019 -cu il tarixdə Beyləqan rayon N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbində Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib. Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə IX, X və XI  sinif şagirdləri arasında keçirilib. Şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Məktəblilərin fənn olimpiadalarının rayon mərhələsində 284 nəfər şagird iştirak edib. Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməkdir.