29.01.2019

Elmi-metodiki seminar keçirib

Dövlət İmtahan Mərkəzi 26 yanvar 2019-cu il tarixdə Bərdə şəhəri 5 nömrəli tam orta məktəbində ingilis, rus, alman və fransız dili fənlərindən ümum i təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yeni qaydaları və modelinə dair elmi-metodiki seminar keçirib. Seminarların əvvəlində Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb.

Seminarlarda Bərdə, Tərtər, Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd və Laçın rayonlarının ingilis, rus, alman və fransız dili müəllimləri və Təhsil Şöbələrinin xarici dil fənləri üzrə metodistləri iştirak ediblər.

Bu seminarda Beyləqan Rayon Təhsil Şöbəsinin metodistləri Lamiə Əliyeva, Anar Ələkbərov və ümumtəhsil məktəblərindən 60 xarici dil müəllimləri iştirak ediblər.

İngilis dili fənni üzrə Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin böyük məsləhətçisi Könül Həsənova, rus dili fənni üzrə Azərbaycan Turizm və Menecment universitetinin baş müəllimi Afət Mürsəliyeva, fransız dili fənni üzrə Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova, alman dili fənni üzrə isə Azərbaycan Dillər Universitetinin dosenti Raya Həsənova buraxılış (9 və 11-illik təhsil bazaları əsasında) imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan alt standartlar, proqramlar haqqında məlumat verərək, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,