24.01.2019

“Açıq dərs” keçirilib

Beyləqan şəhər F.Hacıyev adına 2 nömrəli tam orta məktəbində tarix müəllimi İlhamə Məmmədovanın XI sinifdə Azərbaycan Xalq Cümhuruyyətinin Süqutu mövzusunda “açıq dərs”i keçirilib.

Müasir təlim üsullarından, xüsusən texnoloji vasitələrdən bacarıqla istifadə edən müəllim dərsdə motivasiya olaraq prometan lövhədən istifadə edərək mövzuya uyğun şəkillər nümayiş etdirib.

Dörd: “İstiqlal”, “Cümhuriyyət”, “Savaş”, “Ümid” qruplarına bölünən şagirdlər verilən sual və tapşırıqları iş vərəqlərində icra ediblər. Qruplar təqdimatlarını bu iş vərəqləri əsasında təqdim edərək, müzakirələr aparıblar.

Qrup nümayəndələri onlara verilən sualları təqdimat şəkilində cavablandırıblar.

Dərsdə coğrafiya və ədəbiyyat fənlərinə inteqrasiyadan düzgün istifadə edilib. Qiymətləndirmə dərsin gedişatı zamanı hər bir mərhələdə aparılıb.

“Açıq dərs”in müzakirəsi zamanı müəllimin dərsi düzgün qurması, İKT avadadanlıqlarından və fəal təlim üsullarından geniş istifadə etməsi xüsusi qeyd olunub.

 


Açar sözlər: ,  ,  ,