22.01.2019

Yeni qaydalara görə məktəbdaxili qiymətləndirmənin müzakirəsi keçirilib

Beyləqan Rayon Təhsil Şöbəsində 15.01.2019-cu il tarixdə "Ümumi təhsil  pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydası" nın rayonun ümumtəhsil müəssisə rəhbərlərinə çatdırılması və şərh olunmasına dair müşavirə keçirilib. Müşavirədə rayon üzrə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və RTŞ-nin məsləhətçiləri, metodistləri iştirak edib.

Təhsil Nazirliyinin 08.01.2019-cu il tarixdə Mingəçevir şəhərində təşkil etdiyi müşavirədə iştirak etmiş RTŞ-nin müdiri və metodiki kabinetin direktoru məktəbdaxili qiymətləndirmə ilə bağlı qeyd olunan yenilikləri, o cümlədən Təhsil Nazirliyi Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 811 nömrəli qərarının tələblərini rayonun təhsil müəssisə rəhbərlərinə çatdırıb. 

RTŞ-nin müdiri Tahir Həsənov məktəb direktorlarına bəzi zəruri tövsiyələrini çatdırıb, sonra metodiki kabinetin direktoru Həsən Məmmədova söz verilib. O. qeyd olunan Kollegiya Qərarının məğzini sənəddəki bəndləri şərh və izah edib.

İştirakçıların sualları ətraflı cavablandırılıb. 


Açar sözlər: ,  ,