16.01.2019

Tarix müəllimlərinə seminar keçirilib

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş" Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı" nın icrası ilə bağlı 2018-ci il ərzində görülmüş işlərə dair il ərzində müəyyən işlər görülüb.

Bununla bağlı Şəhər 2 nömrəli tam orta məktəbində seminar keçirilib.Seminarda RTŞ- nin metodisti Lamiə Əliyeva və ümumtəhsil məktəblərinin tarix müəllimləri iştirak edib. Seminarda müəllimlərin məktəblilərə Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülər, o cümlədən Milli Qəhrəmanlar haqqında geniş məlumat vermələri və vətənpərvərlik ruhunun yüksəldilməsinə diqqət artırmaları tövsiyyə edilib.


Açar sözlər: ,  ,