16.01.2019

“Şəhidlik zirvəsi”adlı tədbir keçirib

Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 16 yanvar 2019-cu il tarixdə “Məktəb teatrı” və “Bədii qiraət” dərnəklərinin iştirakı ilə“Şəhidlik zirvəsi”adlı tədbir keçirib.Tədbirdə Beyləqan rayon Təhsil Şöbəsinin nümayəndəsi, dərnək rəhbərləri və dərnək üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları 20 yanvar hadisələrinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Z. Məmmədova 20 yanvar hadisələri haqqında ətraflı məlumat verib.

Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin Rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi də nümayiş etdirilib.