07.01.2019

Müəllimlər "Fəxri fərman"la  təltif ediliblər

Beyləqan rayon Yuxarı Aran kənd tam orta məktəbinin riyaziyyat müəllimi Cəfərova Nataşa Haqverdi qızı və I Şahsevən kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfiyeva Rəşidə Şahin qızı təlim - tərbiyyə sahəsində əldə etdikləri nəaliyyətlərə görə Təhsil Nazirliyinin "Fəxri fərman"ı ilə təltif ediliblər.

Təhsil işçilərinin yığıncağında Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən həmin müəllimlərin "Fəxri fərman"ları və fənn olimpiadalarının respublika mərhələsində fərqlənmiş şagirdlərin "Sertifikat"ları təntənəli şəkildə təqdim olunub.