27.12.2018

“Həmrəylik marşı!” adlı musiqili ədəbi-bədii kompozisiya keçirilib

Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi  rayon Gənclər Mərkəzində 31 Dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü”münasibəti ilə “Həmrəylik marşı!”adlı musiqili ədəbi-bədii kompozisiya ilə çıxış edib. Tədbirdə Mərkəzin Bədii qiraət, Məktəb teatrı və Musiqisevərlər dərnəkləri çıxış ediblər.

Tədbirdə iştirak edən rayon Gənclər və İdman İdarəsinin nümayəndələri bir qrup dərnək üzvlərini diplom, fəxri fərman və hədiyyələrlə təltif ediblər.