24.12.2018

Məktəblər arasında respublika çempionatı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.09.2018-ci il tarixli, F-670 nömrəli Əmrinin icrası ilə bağlı VI zona üzrə Şirvan şəhərində keçirilən voleybol və basketbol oyunları üzrə yarışlara yekun vurulub. 

Zona yarışlarında Beyləqan rayonu üzrə qalib olmuş  qızlardan ibarət Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbin voleybol komandası IV yerə, Bahar kənd tam orta məktəbin oğlanlardan ibarət basketbol komandası III yerə layiq görülüb. III yerə layiq görülmüş basketbol komandasının üzvləri Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

 


Açar sözlər: ,  ,  ,  ,