21.12.2018

“Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

     Beyləqan Rayon Akademik M.Mehdizadə adına Şəhər 3 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

     Tədbirdə Beyləqan Rayon  Polis şöbəsinin əməkdaşları, Rayon Təhsil Şöbəsinin nümayəndəsi, Gənclər və İdman idarəsinin nümayəndələri, məktəbin IX,X, XI sinif şagirdləri və məktəb rəhbərliyi iştirak ediblər. Tədbir İştirakçıları mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat veriblər.


Açar sözlər: ,  ,  ,