02.10.2018

Müəllimləri üçün təlim kursları keçirilib

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri üçün təlim kursları keçirilib.

Təlim kurslar “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə təhsil mərkəzi (İTE) tərəfindən həyata keçirilib.

Təlimlərdə rayonun 31 məktəbindən 48 nəfər müəllim iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd məktəbəhazırlıq qruplarında işin təşkili metodikası və müəllimlərin səriştələrinin artırılmasıdır.