26.09.2018

“Beynəlxalq Sülh Günü”qeyd olunub

“Beynəlxalq Sülh Günü” rayonun ümumi təhsil məktəblərində qeyd ounub.

Beylaqan Şahmat Məktəbidə keçirilən tədbirdə Beləqan Rayon İcra hakimiyyətinin,RTŞ-nin əməkdaşları, şagird və müəllimlər iştirak edib.

İH başçısnın müavini Aytən Mirzəyeva çıxış edərək “Beynəlxalq Sülh Günü” münasibətilə iştirakçıları təbrik edib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, ölkəmizdə sabitliyin qorunması ilə bağlı geniş məlumat verib.

Təhsil şöbəsinin müdiri, Xuraman Rüstəmova sülhün inkişafa əsas verdiyini , uşaqların vətənpərvərlik ruhunda böyüdülməsinin əhəmiyyətindən danışıb və bunun formalaşmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Sonda şagirdlərin sülh haqqında fikirləri dinlənildi və müzakirələr aparılıb.

 


Açar sözlər: ,  ,  ,