21.09.2018

İcra hakimiyyətinin başçısı və RTŞ-nin əməkdaşları məktəblərdə olublar

Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab  Vaqif Abdullayev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva,  RTŞ-nin müdiri Xuraman Rüstəmova  rayonun  ümumi təhsil müəssisələrində olub, pedaqoji kollektivlərlə ilə görüşüblər.

Görüşlər zamanı məktəblərdə görülən işlərlə tanış oldub, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara can sağlığı və pedaqoji fəliyyətlərində uğurlar  arzulayıblar.  2017-2018-ci Tədris ilində olduğu kimi cari tədris ilində də  məktəblərin uğurlarının davamlı olacağına inandıqlarını bildiriblər.


Açar sözlər: ,