17.09.2018

“Bilik günü” qeyd olunub

Sentyabr 15-də Beyləqan rayon  ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub. Tədbirlərdə Beyləqan rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları, ictimaiyyətin nümayəndələri, valideynlər, sabiq məzunlar iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə məktəb rəhbərləri  çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından danışıblar.

“Bilik günü”ndə iştirak edən RTŞ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Tədbirlərdən sonra 5 və 6  günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinif şagirdləri müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar.

 

 

 


Açar sözlər: ,  ,  ,