14.09.2018

Məktəblərin dərsliklərlə təminatı başa çatıb

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq Beyləqan  Rayon Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatının təşkili həyata keçirilib.

Belə ki, bu il Beyləqan rayon Təhsil Şöbəsinə 324 adda ,60765 sayda, dərslik və vəsait daxil olub. Bunlardan 58406- sı kitab, 2359-u metodik vəsaitdir.

12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Beyləqan RTŞ-də Təsərrüfat İstismar Qrupunun əməkdaşı Seymur Quluzadə bildirdi ki, dərsliklər tərəfimizdən rayonun ümumi təhsil məktəblərinə çatdırılıb. Ötən ildə olduğu kimi, bu il də yeni dərsliklər gətirilib. Kitabların məktəblərə paylanması tam yekunlaşıb.


Açar sözlər: ,  ,