23.02.2018

Xocalı faciəsi  əsrin ən dəhşətli faciəsidir 

    Beyləqan rayon Fərman Hacıyev adına şəhər 2 nömrəli tam orta məktəbində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdi. Anım mərasimində məktəb rəhbərliyi, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak edirdilər. Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Mətanət Məmmədova, direktor müavini Züleyxa Aslanova və tarix müəllimi İlhamə Məmmədova çıxış edərək ermənilərin xalqımıza etdiyi vəhşilikdən, körpələrə və qocalara etdiyi anansız zülmlərdən danışdılar. Şagirdlər bu faciə ilə bağlı şeirlər səsləndirmiş , səhnəciklər nümayiş etdirmiş və faciə qurbanlarına həsr edilmiş inşa və rəsmlər hazırlamışlar.


Açar sözlər: ,  ,  ,